ABŞ-ın azı 16 ştatının məhkəmə orqanları ölkənin sabiq dövlət başçısı Donald Trampın 2024-cü il prezident seçkilərində iştirakının qadağan edilməsi barədə iddiaları nəzərdən keçirir.
Bir müddət öncə Kolorado Ali Məhkəməsi analoji iddiaya baxaraq Donald Trampın gələn il prezidentliyə namizəd olmaq üçün Respublikaçılar Partiyasından yerli seçkilərdə iştirakına qadağa qoyulması barədə qərar qəbul edib.
Sabiq prezidentin vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. ABŞ Ali Məhkəməsinin apellyasiya şikayətinə baxacağı təqdirdə digər ştatlarda analoji proseslər faktiki olaraq dayanacaq.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Donald Tramp tərəfdarları Cozef Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün Kapitoliyə soxulmuşdu. İğtişaşlar zamanı bir neçə nəfər, o cümlədən polis əməkdaşı həlak olmuşdu.
Bu hadisədən sonra Donald Trampa qarşı dörd maddə üzrə ittiham irəli sürülüb. Amerika administrasiyasının sabiq rəhbəri faktiki olaraq 2020-ci il seçkilərində məğlubiyyətinə baxmayaraq, qanunsuz yolla hakimiyyəti əlində saxlamağa cəhddə ittiham olunur.
Tehsil-press.az