KİV: Donald Tramp prezidentliyə namizəd olarsa, 103 milyon dollara nəzarəti itirəcək

KİV: Donald Tramp prezidentliyə namizəd olarsa, 103 milyon dollara nəzarəti itirəcək ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp prezidentliyə namizədlik barədə müsbət qərar verdiyi təqdirdə 103 milyon dollara nəzarəti itirəcək.
Donald Tramp bu vəsaiti seçkidən sonra yaradılan “Amerikanı xilas et” siyasi fəaliyyət komitəsinin rəhbəri kimi idarə edir. Lakin ABŞ qanunlarına görə, seçkilərə qatılan kimi bu məbləğ onun üçün əlçatmaz olacaq.
ABŞ-ın sabiq prezidenti namizədliyini irəli sürdükdən sonra seçki komitəsinin işini təmin etmək üçün həmin vəsaitindən cəmi 5 min dollar götürə biləcək.
Qeyd edək ki, Donald Tramp “Nyu-York” jurnalının əlavəsi olan “Intelligencer” nəşrinə müsahibəsində 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib. “The Washington Post” qəzetinin məlumatına görə, o, seçkilərdə iştirakını sentyabr ayınadək elan edə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər