Tramp tərəfdarları onun virtual “inauqurasiyasını” keçirmək istəyir

Tramp tərəfdarları onun virtual “inauqurasiyasını” keçirmək istəyir ABŞ-da prezident seçkilərinin nəticələri ilə razılaşmayan ölkənin hazırkı Prezidenti Donald Trampın tərəfdarları 2021-ci il yanvarın 20-də onun virtual "inauqurasiyasını" təşkil edəcəklər.
Bu məqsədlə feysbuk sosial şəbəkəsində “Prezident Donald Trampın ikinci inauqurasiya mərasimi” adlı səhifə yaradılıb.
Artıq 60 mindən çox insan tədbirə qeydiyyatdan keçib. “Mərasim” saat 12:00-a (Bakı vaxtı ilə 21:00-a-red.), seçilmiş prezident Cozef Baydenin andiçməsinin keçiriləcəyi vaxta planlaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər