Çexiyadakı universitetə tələbə silahlı hücum edib?

Çexiyadakı universitetə tələbə silahlı hücum edib? Ötən gün Çexiyanın paytaxtı Praqada Karlov Universitetində baş verən atışma ilə bağlı yeni məlumat üzə çıxıb.
Hüquq-mühafizə orqanları hücumçunun universitet tələbəsi olduğunu açıqlayıb.
Belə ki, şübhəlinin Praqadan 21 kilometr uzaqlıqdakı kənddən olan 24 yaşlı gənc olduğu bildirilib. O, universitetdə ölü tapılıb. Heç bir cinayət keçmişi olmayan hücumçunun öldürdüyü insanları təsadüfi seçdiyi güman edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, atışma nəticəsində 15 nəfər ölüb, 24 nəfər isə yaralanıb.
Qeyd edək ki, ölkənin Baş naziri Petr Fiala tərəfindən dekabrın 23-ü hadisədə həlak olanların xatirəsinə matəm günü elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər