Kanadanın Yeni Şotlandiya əyalətində bir nəfərin həyata keçirdiyi silahlı hücum nəticəsində ölənlərin sayı artaraq 23 nəfərə çatıb.
Qeyd edilir ki, ölənlər arasında 17 yaşlı qızın da cansız bədəni tapılıb. “Bütün digər qurbanlar – böyüklər, kişilər və qadınlardır”, - polisdən bildirilib.
Xatırladaq ki, silahlı atışmanı təşkil edən 51 yaşlı Qabriel Uortman zərərsizləşdirilib. Onun diş texniki olduğu məlum olub. O, öldürdüyü şəxslərin bir neçəsi ilə tanış imiş. Baş vermiş silahlı hadisə Kanadanın yeni tarixində ən kütləvi qətl kimi dəyərləndirilib.
Tehsil-press.az