Cənubi Koreyada hündürmərtəbəli binada yanğın olub: ölən və yaralananlar var

Cənubi Koreyada hündürmərtəbəli binada yanğın olub: ölən və yaralananlar var Cənubi Koreyanın paytaxtı Seulda yaşayış binasında baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
Hadisə paytaxtın Dobonq rayonunda 27 mərtəbəli binanın üçüncü mərtəbəsində yerli vaxtla səhər saat 5 radələrində baş verib. Hadisə yerinə 220-dən çox yanğınsöndürən cəlb olunub. Təxminən 3 saat sonra yanğını nəzarət altına almaq mümkün olub.
Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Polis təhqiqat aparır.

Tehsil-press.az



Oxşar xəbərlər