Britaniya Qayana sahillərinə hərbi gəmi göndərəcək

Britaniya Qayana sahillərinə hərbi gəmi göndərəcək Britaniyaya məxsus döyüş gəmisi Qayana sahillərinə doğru üzəcək.
“Trent” patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək.
Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış “Trent” əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir. Gəmi adətən Aralıq dənizində işləyir. Heyəti 65 nəfərdən ibarət gəmiyə helikopter də yerləşə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər