İsrail BMT-ni bu imtiyazdan məhrum edəcək

İsrail BMT-ni bu imtiyazdan məhrum edəcək İsrail hökuməti tezliklə BMT əməkdaşları üçün bütün vizaların avtomatik təsdiqlənməsi qaydasını ləğv edəcək.
Bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi “X” sosial şəbəkəsində bildirib.
E. Levi vurğulayıb ki, təşkilatın belə bir imtiyazdan məhrum edilməsi onun mövqeyi və HƏMAS-ın İsrailə qarşı təcavüzünü pisləməkdən imtina etməsi ilə bağlıdır.
“Biz qlobal məsuliyyət tələb edirik və nümunə götürürük. İsrail Xarici İşlər Nazirliyi bəyan edib ki, BMT əməkdaşlarının viza sorğuları bundan sonra avtomatik olaraq təsdiqlənməyəcək. Əvəzində biz müraciətləri fərdi şəkildə öyrənəcəyik”, - o, qeyd edib.
Onun sözlərinə görə, Tel-Əviv “Həmas terrorçularının təbliğat maşını ilə əməkdaşlıq edən, onlara canlı qalxan kimi insanların arxasında gizlənməyə imkan verən” təşkilatlarla işi dayandırmaq niyyətindədir.

Tehsil-press.az





Oxşar xəbərlər