Putin Belqoroddakı hadisəni terror adlandırdı

Putin Belqoroddakı hadisəni terror adlandırdı Rusiya Prezidenti Vladimir Putin dekabrın 30-u ölkənin Belqorod şəhərinin atəşə tutulmasını terror aktı adlandırıb.
Putin bu barədə Moskvada hospitalda müalicə alan hərbçilərlə görüşündə danışıb.
“Belqorodda baş verənlər terror aktıdır. Ukrayna bizim düşmənimiz deyil, strateji məğlubiyyətə nail olmaq istəyənlər isə düşməndirlər. Biz də münaqişəni başa çatdırmaq istəyirik, lakin öz şərtlərimiz ilə”, - deyə Rusiya lideri qeyd edib.
Xatırladaq ki, Ukrayna ordusunun Belqorodu atəşə tutması nəticəsində 24 nəfər həlak olub, daha 108 nəfər isə yaralanıb.

Tehsil-press.az



Oxşar xəbərlər