
Bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, 62 yaşlı tanınmış qarmon ifaçısı uzunsürən xərçəng xəstəliyindən sonra bu gün vəfat edib.
1998-ci ildə özünün bəstələdiyi “Aytac” rəqsi ona xeyli uğur gətirib, eyniadlı ilk albomu işıq üzü görüb. Yaradıcılıq dövrü ərzində “Rusif”, “Ləman” və “İnanmaram” adlı albomları onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirib. 2009-cu ildə mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
***
Mədəniyyət Nazirliyi qarmon ifaçısı Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda qeyd olunub:
“Əməkdar artist tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib.
Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”.
Tehsil-press.az