Rusiya Prezidenti Vladimir Putin gündə nə qədər vaxtını idmana ayırdığını açıqlayıb.
Putin bu haqda Çukotka ictimaiyyətinin nümayəndələri ilə görüşündə danışıb.
Onlar Putindən onun gərgin iş qrafikini nəzərə alaraq hələ də idmana vaxtının olub-olmadığını soruşublar.
Hər bir insanın sağlamlığını qorumaq üçün gündəlik idman etməli olduğunu vurğulayan Putin idmanla məşğul olanların sayının cəmiyyətin inkişafının ən mühüm göstəricilərindən biri olduğunu qeyd edib:
“Əlbəttə, mən hər gün ən azı iki saat idman edirəm... Bəzən də iki saat yarım olur. Çünki idman zalı, hovuz, duş bütün bunlar bir yerdə iki saat yarım çəkir”.
Mütləq iki saata ehtiyacınız yoxdur, ən azı bir saat, ən azı yarım saat. Hər bir insan bilməlidir ki, buna vaxt ayırmaq lazımdır. Hətta müəyyən göstəricilərimiz var ki, biz ölkədə onlara nail olmalıyıq: ölkədə nə qədər insan bədən tərbiyəsi və idmanla məşğul olmalıdır. Bu, cəmiyyətin inkişafının ən mühüm sosial göstəricilərindən biridir”, - Putin əlavə edib.
Tehsil-press.az