Təmir zamanı xəzinə tapan usta milyonçu oldu

Təmir zamanı xəzinə tapan usta milyonçu oldu Avstriyanın paytaxtı Vyanada işçilər villanın təmiri zamanı sərvət tapıblar.

Villanın döşəməsində aparılan təmir zamanı işçilərdən biri yerdə kəndir tapıb. İşçilər yerə basdırılmış kəndirin ardınca qazıntı işi aparanda metal qutu tapıblar. Qutunu açan işçilər içindəki qızılları görəndə heyrətə gəliblər. Qutunun içində yüzlərlə qızıl sikkənin olduğu müşahidə edilib. Onların ümumi çəkisinin 30 kq olduğu bildirilib. Qızıl sikkələrin ümumi dəyərinin 2,3 milyon avro olduğu qeyd edilib. Qızılın İkinci Dünya Müharibəsindən əvvəl gizlədilmiş ola biləcəyi güman edilir.

Qeyd edək ki, Avstriya Mülki Məcəlləsinə görə, xəzinə tapılan zaman onun dəyəri adətən kəşf edənlə və mülk sahibi arasında bölünür. Buna görə də, qızılı tapan işçinin təqribən 1 milyon avro alacağı deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər