Azərbaycan üzrə universitetlərin reytinq cədvəli - 2025 (Azerbaijan All Universities Rankings - 2025) - 22 dövlət, 5 özəl ali təhsil müəssisəsi olmaqla, 27 ali təhsil müəssisəsi üzrə reytinq cədvəli hazırlanıb.
Azərbaycan Dillər Universiteti ölkə üzrə 5-ci yeri tutub.
Cədvəl son 6 ildə universitetin elmi bazasına olan sitatların, H indeksi yüksək olan alimlərin reytinq cədvəlini təqdim edib. Cədvəldə Azərbaycan Dillər Universiteti üzrə 44 alimin adı qeyd olunub.
İxtisas üzrə ümumi H indeksinə (Subject Rankings, Total H Index) görə Azərbaycan Dillər Universiteti respublikamızda humanitar və sosial elmlər üzrə 1-ci, təhsil-elm sahəsi üzrə 1-ci, incəsənət və humanitar elmlər üzrə 1-ci, tarix, fəlsəfə və teologiya üzrə 4-cü yerdədir.
ADU-nun rektoru, akademik Kamal Abdullanın dilçilik vəəƏdəbiyyat sahəsi üzrə H indeksi 17-dir. Kamal Abdulla 454 sitat, 18 məqalə ilə cədvəldə respublika üzrə I yeri tutub.
Qeyd edək ki, "AD Scientific İndex" dünya ölkələri arasında ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyəti, beynəlxaq arenada elm adamlarının elmi potensialının ölçülməsi üzrə beynəlxalq reytinq cədvəlidir.
"AD Scientific İndex" elmi kadrların H indeksi, i10 indeksi haqqında məlumat verə bilən yeganə mənbədir.
Tehsil-press.az