Şəmkirdə kişi keçmiş arvadının üzünə bıçaq çəkdi

Şəmkirdə kişi keçmiş arvadının üzünə bıçaq çəkdi Şəmkirdə qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Tehsil-press.az-ın verdiyi məlumata görə, rayonun Dəllər Cəyir qəsəbə sakini, 1985-ci il təvəllüdlü Mətanət İbrahimova üz nahiyəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə, qadın boşandığı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər