Sahibkarların əldə etdiyi gəlir və mənfəətlərinin 50 faizi 7 il müddətinə vergidən azad edilir.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nın təsdiq edilməsi haqqında Qərarda öz əksini tapıb.
Nazirlər Kabinetinin 22 nömrəli Qərarında göstərilən malların istehsalı ilə məşğul olan sahibkarların həmin sahədə göstərdiyi fəaliyyətdən əldə etdiyi gəlir və mənfəətlərinin 50 faizi 7 il müddətinə vergidən azad edilir.
Həmçinin, həmin malların istehsalçılarının həmin fəaliyyətdə istifadə etdiyi əmlak və torpaqlar da 7 il müddətinə əmlak və torpaq vergilərindən azad edilir.
Tehsil-press.az