Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda, iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilib.
Nazir Emin Əmrullayev qardaş ölkələr arasında təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində imkanların artırılacağını diqqətə çatdırıb.
Türkiyənin milli təhsil naziri ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tehsil-press.az