Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkənin ümumi təhsil müəssisələrinin şagirdlərinin qarşılıqlı səfərlərinin təşviqi haqqında əldə olunmuş razılıq əsasında Azərbaycandan 25 şagird və onları müşayiət edən müəllimlərdən ibarət heyətin cari ilin 15-22 mart tarixlərində Türkiyənin Çanaqqala şəhərinə səfərindən dolayı məmnun olduqlarını vurğulayıblar.
Qeyd edilib ki, cari ilin may-iyun aylarında isə Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakıya və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.
Tehsil-press.az