Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tərəfdaş olduğu Kanada Texnologiya İnstitutu tərəfindən “Yeni həyat yolu: süni intellekt, robototexnika, kibertəhlükəsizlik, smart şəhərlər və rəqəmsal iqtisadiyyata körpü yaratmaq” mövzusunda IV beynəlxalq konfrans keçiriləcək.
Konfrans mayın 30-31-də Albaniyanın Tirana şəhərində təşkil olunacaq.
Konfransın məqsədi innovasiyaların yaranmasına təkan vermək üçün müxtəlif ölkələrdən elm adamları və sənaye mütəxəssislərini bir araya gətirməkdir.
Konfransda “Süni intellekt”, “Kibertəhlükəsizlik”, “Robotexnika və avtomatlaşdırma”, “Smart texnologiyalar”, “Rəqəmsal iqtisadiyyat”, “Statistika və ekonometrika” mövzularında müzakirə aparılacaq.
Konfrans materiallarının qəbulu martın 15-dək davam edəcək.
Tehsil-press.az