“Azərbaycan və İran arasında əlaqələr öz səmərəli töhfəsini verməkdədir”.
Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 45-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, ərazilərimiz işğaldan azad edildikdən sonra İran və Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoyub.
Baş nazirin müavini deyib ki, Zəngilan iqtisadi rayonunun İran vasitəsi ilə Naxçıvana birləşdirilməsi istiqamətində işlər davam etdirilir. Ötən ilin sonunda iki ölkə arasında Astaraçay üzərində avtomobil körpüsü istifadəyə verilib.
“İki ölkə arasında yükdaşımalar 45%, tranzit yükdaşımaları isə 1,6 dəfə artıb”, - deyə o qeyd edib.
Tehsil-press.az