İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və İran nümayəndə heyətləri arasında görüş keçirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli şəxslər iştirak ediblər.
Görüş zamanı “Bakı – Naxçıvan – Bakı” müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən tranzit olaraq Naxçıvan Muxtar Respublikasına və geriyə hərəkət edən Azərbaycan avtodaşıyıcılarına tətbiq olunan vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və digər aktual məsələlər müzakirə olunub.
Eyni zamanda, Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi üzrə praktiki işlərə başlanılması və Astara Terminal Kompleksində görülən işlərin intensivləşdirilməsi barədə razılığa gəlinib.
Görüş zamanı Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi ilə bağlı yaradılmış birgə işçi qrupunun 2021-ci il dekabrın 7-də keçirilmiş birinci iclasının Protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfindən rəqəmsal və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, İran tərəfindən isə yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi imzalayıb.
Görüşdən sonra Azərbaycan və İran nümayəndə heyətləri görülən işlərlə yerində tanışlıq məqsədilə Astara şəhərinə yola düşüblər.
Tehsil-press.az