Gürcüstan hökumətinin yeni tərkibi açıqlandı

Gürcüstan hökumətinin yeni tərkibi açıqlandı Gürcüstan parlamenti Gürcüstanın Baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib.
Bundan əlavə, parlament Kobaxidzenin təmsil etdiyi Nazirlər Kabinetini və “Avropa dövlətinin qurulması üçün” hökumət proqramını da dəstəkləyib.
Hökumətin vəzifələri aşağıdakı kimi bölüşdürüləcək:
Rati Breqadze-Ədliyyə naziri
Vaxtanq Qomelauri-Daxili işlər naziri
Teya Tsulukiani-Mədəniyyət və idman naziri
Levan Davitaşvili-İqtisadiyyat və Davamlı İnkişaf naziri
İrakli Çikovani-Müdafiə naziri
İliya Darçiaşivli-Xarici işlər naziri
Laşa Xutişvili-Maliyyə naziri
İrakli Karseladze-Regional İnkişaf və İnfrastruktur naziri
Otar Şamugia-Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri
Giorgi Amilaxvari-Təhsil, elm və gənclər naziri
Zurab Azaraşvili-İşğal olunmuş ərazilərindən məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri
Tea Axvlediani-Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri.
Qeyd edək ki, nazirlər Baş nazir təyinatını alan Kobaxidze onlar haqqında Sərəncam imzaladığı təqdirdə vəzifələrini tuta biləcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər