Bu gün Səbail Rayon Məhkəməsində Hürriyyət TV-nın baş redaktoru Vüqar Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı proses keçirilib.Bu barədə onun vəkili Aqil Layıc bildirib.
O qeyd edib ki, proses zamanı Vüqar Məmmədovun halı pisləşib, təzyiqi düşüb, ürəyi bulanıb və qaytarıb.
"Yaşı və səhhətinin, eləcə də törətdiyi cinayətin ağır olmaması nəzərə alınaraq, məhkəmədə onu ev dustaqlığına buraxması barədə məsələ qaldırdıq. Çünki Vüqar Məmmədovun ürəyində problemlər var və o, həbs olunmamışdan bir neçə gün əvvəl həkim müayinəsində olub. Həkim ona əməliyyat olunmağı tövsiyə edib", - deyə A.Layıc jurnalistlərə deyib.
Məhkəmə vəkilin V.Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.
Qeyd edək ki, V.Məmmədov DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon Məhkəməsi oktyabrın 31-də onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham verilib.
Tehsil-press.az













