Paşinyan Almaniyaya getdi

Paşinyan Almaniyaya getdi Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə yola düşüb.
Bu barədə məlumatı onun mətbuat katibi Nazeli Baqdasaryan yayıb.
O, 16-18 fevral tarixlərində Almaniyada səfərdə olacaq, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
***
Ermənistanın müdafiə naziri Suren Papikyan və xarici işlər naziri Ararat Mirzoyan baş nazirin nümayəndə heyətinin tərkibində Almaniyaya işgüzar səfərə gediblər.

Tehsil-press.az


Oxşar xəbərlər