NATO Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yaydı

NATO Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yaydı NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Ermənistan və Azərbaycanda səfərdə olub.
Bununla bağlı Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat paylaşılıb.
Məlumata görə, səfər Kolominanın NATO-nun bu iki mühüm tərəfdaş ölkəsində müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsi olub.
Bildirilib ki, səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilərlə görüşüb. Eyni zamanda, Kolomina Ermənistanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və digər rəsmi şəxslərlə də görüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər