Azərbaycanda dollar nə vaxt bahalaşacaq? – Natiq Cəfərli konkret tarix açıqladı

Azərbaycanda dollar nə vaxt bahalaşacaq? – Natiq Cəfərli konkret tarix açıqladı “Bu il olmasa da, 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində manatın məzənnəsi ilə bağlı hansısa inzibati qərar qəbul edilə bilər”.
Bu proqnozla iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Odur ki, qonşu ölkələrdə ABŞ dollarının bahalaşması və ya ucuzlaşmasının manatın məzənnə siyasətinə heç bir təsiri yoxdur:
“Digər ölkələrdə, o cümlədən Türkiyədə valyutanın kursunu qiymətli kağızlar və valyuta birjaları müəyyənləşdirir. Ölkəmizdə isə manatın sonuncu devalvasiyasından sonra 8-ci ildir ki, sabit məzənnə rejimi dəyişməz qalır. Amma bu, o demək deyil ki, məzənnə daim indiki səviyyədə qalacaq. Bunu uzun illər davam etdirmək mümkün olmayacaq”
Ekspert nəzərə çatdırıb ki, dollar ətrafında yaranmış ajiotaj Azərbaycana dolayısı ilə təsir edir və son zamanlar ölkədə xarici valyutaya tələbatın artması da bunun göstəricisidir:
“Bununla belə, bu il manatın məzənnəsi ilə bağlı hansısa dəyişiklik olacağını düşünmürəm. “.
Qeyd edək ki, bir sıra ölkələrdə dolların bahalaşması fonunda ölkəmizdə manatın devalvasiyaya uğrayacağı ilə bağlı ajiotaj yaranıb.

Tehsil-press.az

Oxşar xəbərlər