BKS-nın Rusiya bölməsində hava sızıntısı aşkarlanıb

BKS-nın Rusiya bölməsində hava sızıntısı aşkarlanıb Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya hissəsində hava sızması aşkar edilib.
Bununla bağlı Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) məlumat yayıb.
Açıqlamada ekipaj və stansiyanın təhlükədə olmadığı bildirilib:
“Ekipaj mümkün sızmaların aşkar edilməsi və onların səbəblərini aradan qaldırmaq üçün müntəzəm iş aparır və stansiyadan alınan məlumatlar adi qaydada təhlil üçün ekspertlərə ötürülür”.

Tehsil-press.az


Oxşar xəbərlər