Bir il sonra dünyaya qayıtdılar

Bir il sonra dünyaya qayıtdılar NASA astronavtı Frank Rubio və rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiya tarixindəki ən uzun missiyanı başa vurublar.
Astronavt və kosmonavtları daşıyan “Soyuz MS-23” kosmik gəmisi Qazaxıstanın Jezkazqan şəhərinin cənubundakı kənd ərazisinə paraşütlə eniş edib.
Ekipaj bölgədə gözləyən qruplar tərəfindən kapsuldan çıxarılıb.
Beynəlxalq Kosmik Stansiyaya çatan astronavt Rubio 371 günlə kosmosda ən uzun müddət qalan amerikalı astronavt kimi tarixə düşüb.
Prokopyev, Petelin və Rubio 21 sentyabr 2022-ci ildə 6 aylıq missiya üçün Beynəlxalq Kosmik Stansiyaya çatdılar. Lakin dekabr ayında kosmik gəmidə nasazlıq yarandığı üçün kosmik missiya 2023-cü il sentyabrın 27-dək uzadılıb və ekipajın geri qayıtması üçün “Soyuz MS-23” kosmik gəmisi stansiyaya göndərilib.
Qeyd edək ki, kosmosda ən uzun müddət qalaraq dünya rekordu qıran şəxs 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər Mir Kosmik Stansiyasında 437 gün olmuş rus kosmonavt Valeri Polyakov olub.

Tehsil-press.az



Oxşar xəbərlər