Rusiya FHN-in helikopteri gölə düşüb, ölənlər var

Rusiya FHN-in helikopteri gölə düşüb, ölənlər var Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Mi-8” helikopteri ölkənin subyektlərindən biri olan Kareliya Respublikasında qəzaya uğrayıb.
Bu barədə məlumatı Rusiya FHN yayıb.
Helikopterin Oneqa gölü üzərində qəzaya düşdüyü və batdığı bildirilir. İlkin məlumata görə, göyərtədə olan 3 ekipaj üzvü həlak olub.
“Mi-8”in qalıqları sahildən 11 kilometr məsafədə aşkar olunub. Bildirilir ki, həmin hissədə gölün dərinliyi 40-50 metr təşkil edir.
Qəzanın ilkin səbəbləri olaraq ekipajın səhvi, hava şəraiti və texnikanın nasazlığı nəzərdən keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər