Mingəçevirdə dələduzluqda şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti xəbər verir ki, Mingəçevir ŞPŞ-nin keçirdiyi tədbirlərlə dələduzluqda şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.
Bildirilib ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.
Tehsil-press.az