Suriya müxalifəti danışıqları təxirə saldı

Suriya müxalifəti danışıqları təxirə saldı Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsi Cenevrə danışıqlarını təxirə salıb. Tehsil-press.az «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bunu Danışıqlar üzrə Ali Komitənin nümayəndəsi Riyad Ağa bəyan edib.

O, hazırkı şəraitdə danışıqların faydasız olduğunu vurğulayıb.
“Bu gün Cenevrədə keçirilən Danışıqlar üzrə Ali Komitənin iclasında Suriyada atəşkəs rejiminin pozulması və humanitar sahədə irəliləyişin olmaması səbəbindən danışıqların təxirə salınması barədə qərar qəbul olunub. Bu o demək deyil ki, biz danışıqlardan imtina edirik, sadəcə bu qərar əsas məsələnin həlli, müvafiq qətnaməyə uyğun olaraq Bəşər Əsədin iştirakı olmadan keçid orqanının yaradılmasına yönəlib”, - deyə R.Ağa bildirib.

tehsil-press.az

Oxşar xəbərlər