Səudiyyə Ərəbistanı və Misir körpü ilə birləşəcək. Körpü Qırmızı dəniz üzərindən salınacaq. Artıq iki ölkə arasında bununla bağlı razılaşma da əldə olunub.
Misirə rəsmi səfərə gedən Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əs-Səud ilə Qahirə hökuməti arasında 2005-ci ildə İsrail ilə təhlükəsizlik qorxusu səbəbilə təxirə salınan körpünün tikintisi barədə razılığa gəlinib.
Kral Salmanın Qahirəyə etdiyi səfərin ikinci günündə, Qırmızı dəniz üzərində iki ölkəni bir-birinə bağlayan bir körpü tikintisi üçün Misir ilə danışıqlar aparıldığı açıqlanıb. Lakin bu körpünün nə zaman istismara veriləcəyi, maliyyə xərcləri açıqlanmayıb.
İki ölkənin lideri nüvə əməkdaşlığı da daxil olmaqla energetika sahəsində 15 saziş imzalayıblar. İki ölkə arasında aparılan digər danışıqlar arasında ikiqat vergitutmanın aradan qaldırılması da var.
Misir prezidentinin sözçüsü Əla Yusif etdiyi yazılı açıqlamada bildirib ki, kral Salman ötən gün Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşündən sonra iki ölkə arasında bəzi müqavilələr imzalanıb.
"İkitərəfli görüşdə beynəlxalq və regional məsələlərlə yanaşı, Ərəb və Körfəz ölkələrinin milli təhlükəsizliyinin məruz qaldığı təhlükələrlə mübarizə məsələləri müzakirə olunub", - deyə Əla Yusif bildirib. Misir prezidentinin sözçüsü Yusif həmçinin Səudiyyə Ərəbistanı ilə Misir münasibətlərindəki müsbət irəliləyişlərin olduğunu da vurğulayıb.
tehsil-press.az