Rza Talıbov avtomobili Naxçıvan Ali Məclisinin qarşısına sürdü, qalmaqal yarandı

Rza Talıbov avtomobili Naxçıvan Ali Məclisinin qarşısına sürdü, qalmaqal yarandı Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb.

MR-dəki mənbələrdən daxil olan məlumata görə, MR-in sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Ali Məclisin binasına gəlib və Prezidentin Xüsusi Nümayəndəsi Fuad Nəcəfli ilə görüş tələb edib.

Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Məlumatda bildirilir ki, Fuad Nəcəfli Rza Talıbovu qəbul etməkdən imtina edib, “Sözü var, getsin Anar İbrahimovla görüşsün”, deyə onu Ali Məclis sədrinin müavini Anar İbrahimova doğru yönəldib.

Bundan sonra Rza Talıbov Anar İbrahimovun qəbulunda olub. Onun hansı məsələni müzakirə etmək üçün Ali Məclisə gəldiyi barədə məlumat verilmir.

Lakin şübhəsiz ki, Rza Talıbov məhz atasının razılığı ilə belə bir görüşə can ata bilərdi və böyük ehtimalla, məqsədi hansısa məsələnin “razborkasını” aparmaq olub. Əks halda, general rütbəsini daşıyan Rza Talıbov əvvəlcədən görüş istəməli, müsbət cavab alarsa, Ali Məclisə gəlməli idi. Axı o, çox yaxşı bilirdi ki, əvvəlki əyyamlar deyil - vaxtilə Naxçıvanda bütün qapıları onların üzünə taybatay açan “küləklər” artıq bu yerlərdə əsməz olub...

Qeyd edək ki, son zamanlar Talıbovlara münasibətin bir qədər yumşaldığı, Naxçıvandakı bir sıra obyektlərin, daşınmaz əmlakların Talıbovlara qaytarıldığı, onların MR-i tərk etmələrinə qoyulmuş qeyri-rəsmi qadağanın götürüldüyü bildirilir. Təsadüfi deyil ki, Vasif Talıbov istefaya göndəriləndən sonra ilk dəfə xaricə buraxılıb - Novruz tətili günlərini öz əyan-əşrəfi ilə birlikdə Türkiyədə keçirib.

Tehsil-press.az

Oxşar xəbərlər