Vasif Talıbovla bağlı sensasion məlumat: Adamlarını başına yığıb...

Vasif Talıbovla bağlı sensasion məlumat: Adamlarını başına yığıb... Naxçıvan Ali Məcliisnin keçmiş sədri Vasif Talıbov istefa verəndən sonra "qeybə çəkilməklə" adı ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına rəvac verdi. Ata Talıbovun və oğlanlarının onlarla bağlı yayılan xəbərlərə reaksiya verməməsi, ən həssas məqamlarda belə sükutu qoruması müzakirələri daha da "alovlandırdı". Vasif Talıbovun həbs təhlükəsi ilə üzləşdiyini, bu üzdən də ölkədən qaçmağa hazırlaşdığını iddia edənlər də oldu. Yenisabah.az xatırladır ki, Vasif Talıbov ötən il dekabrın 21-də istefa verəndən sonra heç vaxt ictimaiyyət arasına çıxmayıb. O, həmin gündən ailə üzvlərilə birlikdə Naxçıvan şəhərindəki malikanəsində yaşayır. Talıbov ailə üzvlərindən başqa heç kimlə ünsiyyətə girmir, çoxsaylı telefon zənglərinin heç birinə cavab vermir. Dekabrın 21-dən sonra Talıbovların cəmiyyətdən tamamilə təcrid olunduğu bildirilir.
Naxçıvandakı mənbələrimiz ötən 50 gündə Vasif Talıbovun ilk dəfə sükutu pozduğunu bildirib. Hazırda Naxçıvan hakimiyyətində təmsil olunan vəzifəli şəxs "Yeni Sabah"a deyib ki, o, Ali Məclis sədrliyindən gedəndən sonra ilk dəfə qapılarını keçmiş silahdaşlarının üzünə açıb. Mənbə deyib ki, dünən gecə hazırda Naxçıvanda müxtəlif vəzifə tutan 10-a yaxın şəxs Vasif Talıbovun qonağı olub. Onlar sabiq sədrin səhhəti ilə maraqlanıb, onun gələcək planları ilə maraqlanıblar.
Məlumatlara görə, "xan" özünü yaxşı hiss etdiyini bildirib. O, Naxçıvanı tərk etmək fikrində olmadığını deyib. Vasif Talıbov vəzifədə olduğu uzun illər ərzində çox yorulduğunu və bundan sonra dincəlmək niyyətində olduğunu qeyd edib.
Mənbə deyib ki, görüşdə siyasi məsələlər müzakirə olunmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər