Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.
Bəzi deputatlar pensiya yaşının azaldılması təklifini irəli sürüblər.
Deputat Sabir Rüstəmxanlı qeyd edib ki, bütün əhalinin təqaüd yaşına nəzər yetirmək lazımdır:
“Veteranlar bizə məktub yazır ki, dövlət təqaüd yaşımıza yenidən baxsın. Heç olmasa, onların təqaüd yaşlarını 62-ə salmaq olar. Qadınların təqaüdünə də baxmaq lazımdır. Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir. Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”.
Komitə sədri Musa Quliyev isə təkliflərə reaksiyasında bildirib ki, dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır.
Komitə sədrinin sözlərinə görə, bu gün dünyada uzunömürlülük artır:
“Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alsanız, yaxşı olar”.
Tehsil-press.az