Təqaüdçülərə pensiya növünü seçmək hüququ veriləcək.
Bu qayda parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində yer alıb.
Belə ki, hazırda yaşa görə əmək pensiyası alan şəxsin əlilliyə görə əmək pensiyasına keçməsi qadağan edilib. Lakin aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu qadağanın aradan qaldırılması pensiya təminatı sisteminə hər hansı bir risk yaratmır.
Eyni zamanda bu qadağanın aradan qaldırılması vətəndaş məmnunluğunu artmasına və pensiya növü seçimində tam azadlığın yaranmasına imkan verəcək.
Bununla da yeni tətbiq ediləcək qanunda vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Tehsil-press.az