Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov müsəlmanların dini bayramı Leylatul-Qədr (Qədr gecəsi - Qeyd) münasibətilə 365 məhbusun əfv edilməsi haqqında fərman imzalayıb.
O, bu barədə rəsmi “Vətən” verilişində məlumat verib.
“Hörmətli Nazirlər Kabinetinin üzvləri, ənənəyə uyğun olaraq, biz müqəddəs Qədr gecəsi ərəfəsində cinayət törətməkdə təqsirli bilinən, lakin əməlindən səmimi peşman olan vətəndaşların əfv olunması istiqamətində tədbirlər həyata keçiririk. Nəcib ənənəyə uyğun olaraq, mən Türkmənistanın məhkum olunmuş 356 vətəndaşının qarşıdan gələn müqəddəs Qüdrət Gecələri münasibətilə əfv fərmanı imzalayıram”, - deyə prezident bildirib.
Berdiməhəmmədov hüquq-mühafizə orqanlarının rəhbərlərinə məhkumların həbs yerlərindən azad edilməsi və yaxın gələcəkdə ailələrinə geri qaytarılması üçün lazımi işlərin görülməsini tapşırıb.
Rayon, şəhər rəhbərlərinə və digər rəhbərlərə əfv olunan şəxslərin işlə təmin olunması ilə bağlı tədbirlər görmək tapşırılıb.
Tehsil-press.az