Putin hədələdi: miqrantlar təşvişdə... - Kütləvi şəkildə qaçırlar

Putin hədələdi: miqrantlar təşvişdə... - Kütləvi şəkildə qaçırlar Tacikistanın Əmək, Miqrasiya və Vətəndaşların Məşğulluğu Nazirliyi Rusiyadan əmək miqrantlarının axınının çox olduğunu deyib.

Bu barədə respublikanın əmək nazirinin müavini Şahnoza Nodiri məlumat yayıb.

“Çoxlu zənglər olur. Vətəndaşlarımız qorxu, həyəcan, çaşqınlıq içindədir. Onların əksəriyyəti Rusiyanı tərk etmək istəyirlər”, - nazir müavini qeyd edib. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır.

Nazirlik rəsmisi əlavə edib ki, Tacikistan vətəndaşlarına qarşı təzyiqlər də “gündəlik səviyyədə” qeydə alınır və “Krokus”da baş verən terror aktından sonra Əmək Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəliyinə qarşı hədələr gəlib.

Qeyd edək ki, Krasnoqorskda konsert zalında baş verən terror aktı ilə bağlı Tacikistanda faciəni törədənlərlə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb. Bundan sonra respublika hakimiyyəti əmək miqrantlarının ekstremist icmalara cəlb olunmasının qarşısını almaq üçün onlarla izahat işlərini gücləndirib. Nodiri qeyd edib ki, sosial şəbəkələr vasitəsilə miqrantların işə cəlb olunmasının qarşısının alınmasına xüsusi diqqət yetirilir.

Tehsil-press.az

Oxşar xəbərlər