Rublun məzənnəsinin aşağı düşməsi əmək miqrantlarının Rusiyadan getməsinə səbəb ola bilər

Rublun məzənnəsinin aşağı düşməsi əmək miqrantlarının Rusiyadan getməsinə səbəb ola bilər Rusiyada rublun məzənnəsinin aşağı düşməsi ilə əlaqədar əmək miqrantlarının üçdə biri ölkədən gedə bilər.
Moskvanın özbək diasporunun rəhbəri Bahrom İsmayılov belə proqnozla çıxış edib. Aparılan sorğunun nəticələrinə görə, rəyi soruşulan özbəklərin 50 faizi dollar və avronun məzənnəsinin qalxması və nəticədə gəlirin azalması ilə əlaqədar Rusiyadan getməyi planlaşdırır. Diaspor rəhbərinin sözlərinə görə, xarici valyutanın məzənnəsinin qalxması miqrantların gəlirlərinin azalmasına və elə vətənlərindəki qazancla bərabərləşməsinə səbəb olub.
Tacik diasporunun rəhbəri Abdullo Davlatov mətbuata açıqlamasında bildirib ki, Tacikistan vətəndaşlarının hazırda qazanc dalınca 15 ölkəyə getmək imkanı var. Əvvəllər taciklər inşaat sahəsində işləmək üçün Rusiyaya və ya Qazaxıstana üz tuturdularsa, indi Cənubi Koreyada işləmək daha sərfəli olub. Eyni zamanda, Böyük Britaniyada mövsümi kənd təsərrüfatı işləri də cəlbədecidir.
Diaspor rəhbərinin fikrincə, miqrantların Rusiyadan getməsinin daha bir səbəbi KİV-də və sosial şəbəkələrdə aparılan anti-miqrant təbliğatıdır və hüquq mühafizə orqanlarının miqrantlara qarşı həyata keçirdikləri reydlərdir.
Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamalarına görə, 2030-cu ildə Rusiyanın 3,5 milyon əmək miqrantına ehtiyacı olacaq. Bu, 2022-ci illə müqayisədə 400 000 nəfər çoxdur. Ölkədə, ilk növbədə, pərakəndə satış, yük daşımaları, xidmət və tikinti sahələrində miqrant əməyinə ehtiyac olduğu bildirilir.

Tehsil-press.az




Oxşar xəbərlər