Küçəyə atılan professorun kirayəsini Fond ödəyəcək

Küçəyə atılan professorun kirayəsini Fond ödəyəcək Beş gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Alimin 1 illik kirayə haqqı Fond tərəfindən ödəniləcək.

Xatırladaq ki, Ankaranın Gazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Professor yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən bir neçə gün öncə ev sahibi tərəfindən mənzildən çıxarılıb. Deyilənə görə, professor sığınacağa getməkdən imtina edib.

Tehsil-press.az

Oxşar xəbərlər