Bakıda ev sahibəsi kirayə haqqını ödəməyən qadını necə cəzalandırdı?

Bakıda ev sahibəsi kirayə haqqını ödəməyən qadını necə cəzalandırdı? Bakıda ev sahibəsi kirayə haqqını ödəməyən qadını ilginc şəkildə cəzalandırıb.

Tehsil-press.az xəbər verir ki, o, kirayənişinini iki gün mənzilin bağlı qapısı arxasında saxlayıb. Hadisə Qaradağ rayonunda baş verib. Ev sahibəsi tərəfindən cəzalandırılan qadın - Şəki rayon sakini, 1994-cü il təvəllüdlü Mələk Xəlilova Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsinə müraciət edərək bu haqda məlumat verib. O bildirib ki, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən kirayə yaşadığı evin pulunu ödəmədiyi üçün ev sahibəsi, 1962-cü il təvəllüdlü Xeyransa İsayeva evin qapısını qıfılla bağlayaraq onu iki gün azadlıqdan məhrum edib. M.Xəlilovanın şikayəti ilə bağlı araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər