Azərbaycan Turizm və Menecment Universitetində tədbir: Bakı Fond Birjasına virtual səyahət

Azərbaycan Turizm və Menecment Universitetində tədbir: Bakı Fond Birjasına virtual səyahət Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Bakı Fond Birjası QSC arasında əməkdaşlığa əsasən universitet tələbləri üçün “Bakı Fond Birjasına virtual səyahət” mövzusunda tədbir keçirilib.
Onlayn tədbirdə Bakı Fond Birjasının əməkdaşları tərəfindən tələbələrə qurumun fəaliyyəti, listinq, qiymətli kağız buraxılışı, Listinq Məsləhət Proqramı və digər məsələlər barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər