Keçmiş CXP sədri: “Bələdiyyə seçkilərinin nəticələri Türkiyədə yeni dövrün anonsu sayıla bilər”
Türkiyədə keçirilən bələdiyyə seçkilərində 49 yaşlı əczaçı Özgür Özəlin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) qalib gəlməsi Azərbaycanda da müxtəlif yorumlara səbəb olub.
İddia olunur ki, yaxın gələcəkdə CHP-nin Ərdoganın partiyasını əvəz edərək hakimiyyətə gələcəyini gözləmək olar. Baxmayaraq ki, Türkiyədə növbəti prezident seçkisi 2028-ci ildə keçiriləcək. Ərdoğanın getməsi halında Ankaranın Bakıya qarşı siyasətinin necə olacağı Azərbaycan üçün vacibdir.
Fevralda Azərbaycanda keçirilən prezident seçkisindən sonra Özəl İlham Əliyevə təbrik məktubu göndərərək Cümhuriyyət Xalq Partiyasının “Bir millət, iki dövlət” prinsipinə dəstəyini davam etdirmək və Türkiyənin Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək əzmini ifadə edib.
“Turan” agentliyi yada salır ki, 2023-cü ilin sentyabrında jurnalistlər qarşısında çıxış edən Özəl deyib ki, prezident seçkisində qalib gələrək iki ölkə arasında münasibətlərdə “ağ səhifə” açmaq üçün Bakıya səfər edəcək. Özəlin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri tarixində aydın olmayan yerlər var ki, onları aydınlaşdırmaq, Türkiyənin səhvlərini müəyyən etmək və irəliyə doğru hərəkət etmək lazımdır.
Həmin ilin noyabrında Cümhuriyyət Xalq Partiyasının sədri olan Özəl “Sabah” qəzetinə deyib ki, onlar - yəni CHP Azərbaycanın xətrinə dəyiblər, bu, onların səhvidir. O, Böyük İpək Yolu xəritəsini Azərbaycandan marşrut olmadan göstərən Kamal Kılıçdaroğlunun çıxışını nəzərdə tutub. Bu çıxış Azərbaycanda tənqid edilmişdi.
Keçmiş Cümhuriyyət Xalq Partiyasının sədri Bədrədin Quliyev bildirdi ki, son zamanlar təkcə Türkiyənin daxilində deyil, regionda, dünyada gedən geosiyasi proseslərin də qardaş ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə təsiri oldu: “Ukrayna müharibəsi, İsrail-Fələstin savaşı və bu müharibələrin meydana gətirdiyi reallıqlar Türkiyəyə ciddi təsirlərini göstərdi. Türkiyənin hazırkı iqtidarı Qərblə uzlaşmayan siyasətə üstünlük verdi. Şübhəsiz ki, bir sıra məqamlara görə Türkiyəyə qarşı haqsızlıqların qarşılığında AKP hökuməti bu siyasətində haqlı idi. Rusiya-Türkiyə münasibətləri də seçkilərdə insanların seçiminə müəyyən təsirini göstərdi. Həmçinin CHP-nin rəhbərliyində dəyişikliklər olması, bələdiyyə başqanlığına namizədlərinin uğurlu namizədlər olması kimi nüanslar da seçicilərin səs verməsində üstünlüyün CHP-yə verilməsini təmin etdi.
Ötən prezident seçkisində Türkiyə xalqı ölkənin siyasi idarəçiliyini, təhlükəsizliyinin təminatını Rəcəb Tayyib Ərdoğana həvalə etdi, bələdiyyə seçkilərində isə yerli idarəetməni AKP-yə deyil, CHP-yə həvalə elədi. Bu seçim türk xalqının demokratik seçimi, demokratik seçkilərin təntənəsidir".
B.Quliyev qeyd etdi ki, Türkiyədə vətəndaşlar Suriyadan və digər bu kimi ölkələrdən gələn milyonlarla miqrantlar sarıdan, milli valyutanın dəyər itirməsindən, Avropa İttifaqı ölkələrinə gediş-gəliş məsələlərində çətinliklər meydana gəlməsində əziyyət çəkməyə başlamışdı: "Bu amillər də bələdiyyə seçkilərinin nəticələrinin hakim partiyanın lehinə olmayacağında öz sözünü dedi. Bələdiyyə seçkilərinin nəticələri Türkiyədə yeni dövrün, dəyişikliklərin anonsu sayıla bilər. Belə görünür ki, Türkiyə xalqı dəyişiklik istəyir. CHP-nin yeni sədrlə, yeni sədrin isə yeni komanda ilə ortaya çıxması seçicilərin rəğbətini və ümidini qazanıb. CHP sosial bələdiyyəçilik sistemi ilə çox ciddi prosesə qoşulub və bu prosesin uğurlu davam etməsi növbəti seçkilər üçün CHP-yə böyük qələbə vəd edir".
B.Quliyev CHP-nin Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət ayıracağını da bildirdi: “Yeni başqan Özgür Özəl seçiləndən sonra ilk çıxışlarında Azərbaycana qardaş, "can Azərbaycan" dedi və bildirdi ki, bundan öncəki zamanda CHP-nin müəyyən məsələlərdə buraxdığı yanlışları düzəldəcək və Azərbaycanla sıx qardaşlıq münasibətlərini inkişaf etdirəcək. Türkiyənin milli maraqları da bunu tələb etdiyi üçün CHP-nin bu siyasətə üstünlük verəcəyinə şübhə yoxdur".
Tehsil-press.az