Rusiyadan iddia: “Ərdoğanın yerinə o keçəcək”

Rusiyadan iddia: “Ərdoğanın yerinə o keçəcək” Seçkilərdə qalib gələn İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu gələcəkdə Prezident Rəcəb Tayyib Ərdoğanın yerinə keçə bilər.

Bunu rusiyalı politoloq Yuri Mavaşev deyib.

“Bu qələbə 2028-ci il seçkiləri ilə bağlı ayrıca perspektivdir. İstanbul bələdiyyə sədrliyinə seçkilərdə qalib gələn Əkrəm İmamoğlunun həmin il Türkiyə prezidenti olmaq şansı çox yüksəkdir. Yəqin ki, indi müxalifətdə başqa belə bir fiqur yoxdur”, - ekspert bildirib.

Mavaşevin sözlərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi İmamoğlu nüfuzlu və birləşdirici fiqurdur.

Politoloq vurğulayıb ki, Türkiyə son illərdə dəyişib, ona görə də Ərdoğandan sonrakı prezident müəyyən eşelonda gələcək.

“Bu, beynəlxalq siyasətə aiddir. Ərdoğanın rəhbərlik etdiyi beynəlxalq kursu, məncə, gələcək prezident də eyni şəkildə aparacaq”, - Mavaşev qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər