Xarici ölkələrdə təhsil üzrə dövlət proqramında keçid balı müəyyən edilib

Xarici ölkələrdə təhsil üzrə dövlət proqramında keçid balı müəyyən edilib Xarici ölkələrdə təhsil üzrə dövlət proqramında keçid balı müəyyən edilib.

Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə qəbulun müsahibə mərhələsinin başlaması ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

“Keçid balı 40 bal olaraq müəyyən edilir. Maksimum bal 50 bal müəyyən edilib. 80 bakalavriat, 320 magistr səviyyəsi olmaqla 400 nəfərin seçilmə şansı var”, - qrup rəhbəri vurğulayıb.

O bildirib ki, müsahibə müddətində namizədlərin bilik bacarıqları yoxlanılır:

"Dövlət proqramına qəbul 1 mart tarixindən başlayıb və 15 iyuna qədər davam edəcək. Müsahibəyə isə aprel ayının 5-dən start verilir".

Tehsil-press.az

Oxşar xəbərlər