Həlqə daraldı: Lavrovdan qəti xəbərdarlıq – Böyük müharibəyə az qaldı

Həlqə daraldı: Lavrovdan qəti xəbərdarlıq – Böyük müharibəyə az qaldı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Fransanın müdafiə departamentinin rəhbəri Sebastyan Lekornu ilə telefon danışığında Fransa hərbi kontingentinin Ukraynaya göndərilməsinin Parisə gətirəcəyi problemlər barədə xəbərdarlıq edib.

Mövzu ilə bağlı danışan politoloq Sahil Kərimli deyib ki, Qərb, Avropa İttifaqı və Rusiya qarşıdurması daha açıq müstəviyə qədəm qoyur:

“Ukrayna və Rusiya arasında müharibə başladığı gündən Qərb və Aİ-yə daxil olan ölkələr Rusiyaya qarşı müxtəlif siyasi bəyanatlar yayır, Kiyevə silah-sursat, maddi yardım dəstəyi verirdilər. Lakin son aylarda həlqə bir qədər də daralıb. NATO-Rusiya qarşıdurmasına aparan təhlükəli proseslərin şahidi oluruq”.

Həlqə daraldı: Lavrovdan qəti xəbərdarlıq – Böyük müharibəyə az qaldı

Sahil Kərimli

Politoloq qeyd edib ki, Avropa İttifaqına daxil olan Almaniya və Fransanın Ukraynaya hərbi yardımların artırılması istiqamətində aktivlik göstərməsi Avropanın müharibəyə cəlb olunmasına səbəb ola bilər:

“Proseslər bu yöndədir. Böyük təhlükə vəd edən situasiyadır. Əgər NATO, Aİ, Qərb Rusiya ilə açıq münaqişəyə girərsə, bu, dünya müharibəsinin başlaması deməkdir. Bu, bəşəriyyət və insanlıq üçün müsbət nəticələnməyəcək. Həmin ölkələr Rusiyanın Ukrayna üzərində qələbəsindən sonrakı dövr üçün böyük narahatlıq keçirirlər. Çünki bu vəziyyətdə Moskvanın dayanmayacağı, Avropaya üz tutacağını düşünürlər. Baş verən proseslər nikbin olmağa əsas vermir. Qarşıdakı aylarda müharibənin arealının daha da genişlənməsinin şahidi olacağıq”.

Tehsil-press.az

Oxşar xəbərlər