"Ukraynaya Belarus tərəfdən yerüstü hücum az ehtimal edilir"
"Təlimlər müdafiə xarakteri daşıyır və Belarus Ukrayna ilə müharibəyə qoşulmayacaq..."
"Belaruslar öz qonşusuna qarşı müharibəyə qoşulmaq istəmir..."
Belarusun sürgündə olan müxalif lideri Svetlana Tixanovskaya bəyan edib ki, o, Rusiyanın Ukraynaya iki ölkə hərbi təlimlərə başlayandan sonra hücum edəcəyini düşünmür, lakin Moskva öz müttəfiqinin ərazisindən daha çox raket zərbələri endirə bilər.
Rusiya və Belarus birgə hərbi təlimlərə başlayaraq, Kiyev və Qərbin Moskvanın öz müttəfiqindən Ukraynaya yerüstü hücum üçün istifadə edəcəyi barədə narahatlığına səbəb olub.
Oxuməni.az xəbər verir ki, bu barədə Svetlana Tixanovskaya Davosda Ümumdünya İqtisadi Forumunda "Reuters" agentliyinə müsahibəsində bəyan edib.
Onun fikrincə, təlimlərin məqsədi Belarus xalqını müharibə ilə qorxutmaq və belə təəssürat yaratmaqdır ki, Aleksandr Lukaşenko münaqişədən yan keçmək üçün hər şey edir.
"Başqa bir səbəb ukraynalıları təhdid etmək, onların diqqətini yayındırmaq və qoşunlarının diqqətini ölkənin şərqindən şimal sərhədlərinə yönəltməkdir", - 2020-ci ilin mübahisəli prezident seçkilərində qalib olduğu hesab edilən və Belarusdan qaçmağa məcbur olan Tixanoskaya deyib.
Belarus bəyan edir ki, təlimlər müdafiə xarakteri daşıyır və o, Ukrayna ilə müharibəyə
qoşulmayacaq. Kreml Lukaşenkoya Ukrayna münaqişəsində daha fəal olması üçün Lukaşenkoya təzyiq etdiyini inkar edir.
Fevral ayında Rusiyanın müdaxiləsi başlanandan Belarus həm müstəqil olaraq, həm də Rusiya ilə birgə çoxsaylı hərbi təlimlər keçirib. Minsk Moskva ilə birlikdə həmçinin təlimləri silah və hərbi texnika ilə möhkəmləndirir.
Lakin, hər şeydən göründüyü kimi, belaruslar öz qonşusuna qarşı müharibəyə qoşulmaq istəmir.
"Lukaşenko rejimi qoşunlarını Rusiya ilə birlikdə Ukraynaya göndərəcəyi halda Belarus xalqının o biri tərəfə keçib gizlənməyəcəyinə, ona xəyanət etməyəcəyinə əmin deyil, ona görə də mövcud status-kvo Lukaşenko və Putini qane edir", - Tixanovskaya hesab edir.
Putinin faktiki olaraq sonuncu qəti müttəfiqi olan Lukaşenko Rusiyaya fevralın 24-dən Ukraynaya raket zərbələri endirmək üçün Belarus ərazisindən istifadə etməyə imkan verib.
Tixanovskayanın sözlərinə görə, "raketlər Belarus ərazisindən istənilən an buraxıla bilər", lakin Belarusun yerüstü hücumda iştirak etməsi ona şübhəli görünür.
"Putin bilir ki, Belarus qoşunlarının iştirakı gözlənilməz nəticələrə gətirib çıxara bilər", - o, deyib.
Tehsil-press.az