Şoyquya gələn təcili zəng: Geri çəkilirlər – “İstanbulda başlaya bilərik”

Şoyquya gələn təcili zəng: Geri çəkilirlər – “İstanbulda başlaya bilərik” Rusiyanı müharibə ilə hədələyən Fransa indi buna görə qorxudan əsməyə başlayıb.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərinə də diqqət çəkib:

“Rusiyanı müharibə ilə hədələyən Fransa əsməyə başlayıb. Nəsə baş verir. Makrona müdafiə nazirinə təcili Moskvaya zəng etmək əmri verməyə məcbur edən hansı məlumat ötürülüb?

Aprelin 3-də Fransa tərəfinin təcili müraciəti əsasında Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə fransalı həmkarı Sebastyan Lekornu arasında telefon danışığı olub.

Fransa müdafiə naziri martın 22-də “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib. Eyni zamanda o, israrla Ukrayna və Qərb ölkələrinin terror aktında iştirak etmədiyinə, İŞİD-ə qarşı məsuliyyət daşımadıqlarına inandırmağa çalışıb.

Şoyqu vurğulayıb ki, “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı başlanmış istintaq yekunlaşacaq və bütün günahkarlar cəzalandırılacaq. Terror aktının təşkilində Ukrayna izinin olması ilə bağlı məlumatlar var.

Şoyqu bildirib ki, Kiyev rejimi Qərb kuratorlarının razılığı olmadan heç nə etmir: “Ümid edirik ki, bu işin arxasında Fransa xüsusi xidmət orqanları dayanmır”.

Yelisey sarayının Ukraynaya fransız kontingentinin göndərilməsi ilə bağlı bəyanatlarına gəlincə, Şoyqu qeyd edib ki, bu, praktiki olaraq həyata keçirilərsə, Fransanın özü üçün problemlər yaradacaq.

Görüşdə Ukrayna üzrə dialoqa hazır olduqları vurğulanıb. Başlanğıc nöqtəsi İstanbul sülh təşəbbüsünə (Türkiyənin vasitəçiliyi – red.) əsaslana bilər. Rusiyanın iştirakı olmadan Cenevrədə (İsveçrə) görüşün keçirilməsi mənasızdır.

Necə oldu ki, təkəbbür fransızlardan bu qədər tez yox oldu? Müharibə ilə hədələdilər, sonra birdən Moskvaya zəng vurub ağlamağa başladılar. Onlara nə və hansı kanallarla çatdırılıb?”.

Tehsil-press.az

Oxşar xəbərlər