Azərbaycanda son günlər intihar hadisələrinin sayı durmadan artır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin ilk 12 günündə 9 nəfər intihar edib, 1 nəfər isə intihara cəhd edib. Dünən, təkcə bir gün ərzində isə 5 nəfər öz həyatına son qoyub. Aprelin 11-i gecə saatlarında 1942-ci il təvəllüdlü Yaqubov Tofiq Ağahüseyn oğlu Dənizkənarı Milli Parkda özünü dənizə atmaqla intihara cəhd edib. Xilasedicilər onu sudan çıxararaq intiharın qarşısını alıblar.
Bundan başqa, dünən Sabunçu rayonunda yaşayan iki gənc özünü öldürüb. Balaxanı qəsəbə sakini, 1997-ci il təvəllüdlü Orxan Muxtarov və Ramana qəsəbə sakini, 1986-cı il təvəllüdlü Həsən Bünyatov yaşadıqları ünvanlarda özlərini asıblar. Yasamal rayonunda isə ruhi-əsəb xəstəsi olan 50 yaşlı Ruxsarə Əliyeva özünü 9-cu mərtəbədən ataraq intihar edib. Səbail rayonunda Cənubi Afrika Respublikası (CAR) vətəndaşı, 1978-ci il təvəllüdlü Remadje Moarom Nikole yaşadığı evin pilləkən qəfəsindən özünü asıb. İki uşaq anası olan qadının özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Sabunçu qəsəbəsində yaşayan 1968-ci il təvəllüdlü Abışov Hamlet Vaqif oğlu ülgüclə boğazını kəsərək intihar edib.
Bu gün səhər saatlarında Yasamal rayonu, Şərifzadə küçəsində 1996-ci il Ağayeva Jalə Ağası qızı özünü 9-cu mərtəbədən ataraq intihar edib. Regionlarda isə 3 intihar hadisəsi qeydə alınıb. Xaçmaz şəhəri, Atatürk küçəsində yaşayan 1976-cı il təvəllüdlü Babayev Valeh Azadzan oğlu özünü evində güllələyib.
Qəbələ rayonunda yaşayan sahibkar, 1972-ci il təvəllüdlü Elçin Abdullayev banka olan külli miqdarda borcuna görə özünü evinin yaxınlığındakı meşə zolağında asaraq intihar edib. Ərindən boşanan Ağcabədi rayon sakini, 1970-ci il təvəllüdlü Cəfərova Nazimə Əşrəf qızının atasına məxsus evin həyətindəki tövlədə asılmış meyiti tapılıb. Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bir neçə gün öncə intiharlarla bağlı statistik rəqəmləri açıqlayıb.
O bildirib ki, ötən illərə nisbətən özünü öldürən şəxslərin sayında artım var: “2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub. Təbii ki, statistikadan kənar qalan faktlar da olur”. Nazirlik rəsmisi qeyd edib ki, 2013-cü ildə 18, ötən il isə 29 uşaq intihar edib. K.Talıbova bildirib ki, intihara cəhd halları qadınlar arasında üstünlük təşkil edir.
Xatırladaq ki, sadalanan bu statistika təkcə mətbuata məlum olan rəqəmlərdir. Qeyd etmək lazımdır ki, paytaxtda, xüsusilə də Azərbaycanın bölgələrində ailələr tərəfindən açıqlanmayan onlarla intihar hadisəsi baş verir.
tehsil-press.az