Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər.
Ermənistan mediasının məlumatına görə, bu barədə o, parlamentdə çıxışı zamanı bəyan edib.
Baş nazir Tavuşun dörd kəndinin Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib və bildirib ki, İrəvan Azərbaycanla yeni müharibənin qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb.
“Biz Tavuş rayonu və Azərbaycanın Qazax rayonunun dörd kəndindən delimitasiya prosesinin başlamasının əleyhinə deyilik”, - deyə hökumət başçısı bildirib.
Paşinyanın sözlərinə görə, delimitasiya məsələsinin həlli müharibənin olmayacağına zəmanət vermir:
“Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.
Tehsil-press.az