Paşinyan 2020-ci ilin oktyabr-noyabrında Putinlə 60 dəfə telefonla danışıb

Paşinyan 2020-ci ilin oktyabr-noyabrında Putinlə 60 dəfə telefonla danışıb 2020-ci ilin noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini alması müharibənin dönüş anı oldu və İrəvan noyabrın 9-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şuşa itirildikdən sonra Xankəndi zərbə altına düşdü, Xocavəndə təzyiq artdı, ən başlıcası isə 25 min erməni əsgəri mühasirəyə düşmək təhlükəsi ilə üzləşdi.
Nikol Paşinyan 2020-ci ildəki hərbi əməliyyatlarda faktların müəyyən olunması üzrə parlament komissiyasının iclasında çıxış edərkən onu da bildirib ki, həmin ilin oktyabr-noyabr aylarında Rusiya Prezidenti Vladimir Putinlə təxminən 60 dəfə telefonla danışıb, Moskvanın vasitəçiliyi ilə atəşin dayandırılmasına çalışsa da, buna nail ola bilməyib.

Tehsil-press.az


Oxşar xəbərlər